Şairə Nazilə Səfərli atasının vəfatı ilə bağlı paylaşım edib.
OLAY yazır ki, Nazilə mərhum valideyninin fotolarını paylaşaraq bunları yazıb:
“Mən səni dağlar qoynunda bəslədim, ata. Ummadığın payları, gözləmədiyin müjdələri verdim. Beş ildə bəlkə beş min şirin yalan danışdım sənə. Hər səfərində yaxşı olacaqsan, ayağa qalxacaqsan dedim. Heç nəyi əsirgəmədim axı. Əməyimi kül etdin. Əllərimlə bəslədiyim atam ələrimdə canını tapşırdı. Fani dünya, boş ümid, puç həyat. Çox hörmətli media mənsubları. Bu elə tüstüdür hamının bacasından çıxıb, çıxacaq. Yas mərasimində çəkiliş etməyinizə ailəm narazıdır. Acımıza hörmət etməyinizi umuram. Ailəm adından rica edirəm. Heç kimin acılı günündə şou çıxarmamışam. Yasımızı paylaşmayın”.


















