Ayan: "Yanımızda olmağa can atırlar, amma..."

Ayan: "Yanımızda olmağa can atırlar, amma..."

Müğənni Ayan Babakişiyeva açıqlamaları ilə diqqət çəkib.

Milli.Az shownews.az-a istinadən bildirir ki, "Özəl" verilişində qonaq olan Ayan yeni ifalarından bəhs edərkən, trenddən əlini üzdüyünü və trendə düşənlərin saxta olduğunu deyib:

"Yeni ifalarım var. Düşünürəm, hər kəsin diqqətini cəlb edəcək. Demirəm hit, trend. Onlardan əlimi üzmüşəm. Mən realist insanam. Yalanlarla özümü təsəlli etməklə işim yoxdur. Trenddə olan mahnılar real deyil. Röya Ayxan, Səidə Sultan kimi ifaçıları demirəm. Onlar bizim kateqoriyadır. Mənim də ifalarım trendə daxil oldu keçən il. Mənim üçün şou-biznesdə kateqoriya söhbəti var.

Hər kəs özü üçün ifaçıdır. Bizim əhatəmizdə olmaq üçün çox can atırlar, amma heç vaxt olmayacaqlar. Mənim səhnə aldığım məkanda mən heç vaxt onları görməmişəm. Biz səhnəyə toy üçün gəlməmişik, səhnə üçün gəlmişik. O ifaçıların heç biri nə bizim bəstəkarlarımız və söz yazarlarımız ilə çalışıblar, nə də bundan sonra çalışacaqlar".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun