"Xəyanət edə bilərəm, SÖZ VERMİRƏM"

"Xəyanət edə bilərəm, SÖZ VERMİRƏM"

Müğənni Nadir Qafarzadə izləyicini xəyanət barədə sualına cavabı ilə yenidən diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, ifaçı müzakirələrə səbəb olan fikirlər səsləndirib:

"Düzdür, həyat yoldaşıma xəyanət etmək istəmişdim. Ayağım sürüşmüşdü, ancaq özümü yığışdırmışdım. Kişilərin 90 faizində xəyanət addımı istəyi var. Hamının nəslində, yaxud yaxın qohumunda gizlin şəkildə bunu edənlər var. O zaman hamı mələkdir? Xəyanət yaxşı şey deyil, ancaq ondan qaça bilmirik. Bu, o vaxt da olub, bu gün də var, gələcəkdə də olacaq. Harada insan varsa, orada olacaq. Şetan ağlımı çıxara bilər başımdan. Özümə söz verə bilmərəm, elə bir vəziyyətə düşə bilərəm ki, xəyanəti edə də bilərəm, etməyə də... ".

Sənətçinin açıq sözləri geniş müzakirələrə səbəb olub.

Musa
Milli.Az