Müğənni Ofelya Şabanova televiziya proqramında səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi kişi aparıcılara ünvanladığı ultimatum xarakterli sözləri və ailə münasibətləri ilə bağlı baxışı ilə müzakirələrə səbəb olub.
Ofelya Şabanova bildirib ki, onun fikrincə, gəlin istəsə də, istəməsə də ilk iki il qayınanası ilə birlikdə yaşamalıdır. O, hesab edir ki, bu müddət ərzində gənc gəlin təcrübə toplayır, ailə idarə etməyi öyrənir və daha yaxşı ana, həyat yoldaşı formalaşır.
"Qayınanasından baxıb öyrənsin. Elə gəlinlər var ki, deyir, qayınana ilə əsla qalmaram. Onlara demək istəyirəm ki, sabah özləri daha betər qayınana olacaqlar".
Onun bu fikirləri studiyada və sosial şəbəkələrdə geniş rezonans doğurub. Bəzi izləyicilər müğənninin mövqeyini dəstəkləsə də, digərləri bunun hər ailəyə uyğun olmayan fərdi məsələ olduğunu bildiriblər.
Açıqlama yenidən "gəlin-qayınana" münasibətləri mövzusunu gündəmə gətirib.
Musa
Milli.Az
















