"Borderline" (şəxsiyyət pozuntuları - uzunmüdətli, güclü və müqavimətli düşüncə və davranış qəliblərilə xarakterizə olunmuş pozuntular sinfidir) xəstəliyindən əziyyət çəkən müğənni Zerrin Özər xəstəxanaya yerləşdirilib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi vəziyyəti ağırlaşdığı üçün həkimlərin məsləhəti ilə müalicəsini xəstəxanada davam etdirəcək.
Qeyd edək ki, Özər xəstəliyi barədə məlumatı bir müddət öncə sosial şəbəkədə vermişdi.
Milli.Az