MEDİA Yaxın Şərqdəki vəziyyətlə bağlı media subyektlərinə çağırış etdi

MEDİA Yaxın Şərqdəki vəziyyətlə bağlı media subyektlərinə çağırış etdi

“Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonundamedia və sosial şəbəkələrdə cəmiyyətdə çaşqınlıq yaradabiləcək məlumat axını müşahidə olunmaqdadır”.

OLAY yazır ki, bu haqda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilir.

Qeyd olunub ki, dezinformasiya risklərinin yüksək olduğu bir vəziyyətdə bütün media subyektlərini yalnız rəsmi mənbələrin məlumatlarına istinad etməyə, informasiya manipulyasiyalarına yol verməməyə çağırırıq:

“Jurnalistləri və ictimai fəalları yalnız rəsmi məlumatları yaymağa və cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə səsləyirik”.