Hikmətin filmi gerçək oldu - Əhmədlərin bənzərliyi

Hikmətin filmi gerçək oldu - Əhmədlərin bənzərliyi

“Dünən ölkədə baş verən ,dəhşətli qətl hadisəsini törədən Əhmədlə ,”Apatiya” filminin qəhrəmanı Tural Baxışın oynadığı Əhməd personajı eyni adamlardırlar. Filmi görənlər bildilər ki, nədən bəhs edirəm”.

OLAY yazır ki, bu sözləri sosial şəbəkə hesabında aktyor Hikmət Rəhimov qeyd edib. O bildirib ki, ötən gün 5 ailə üzvünü qətlə yetirən şəxs onun filmindəki personaja bənzəyir:

“Yasadığımız cəmiyyətdə hələ nə qədər belə beyinlər var. Bu mövzuya toxunmağım yəqin ki, elə-belə deyil. Bəzi adamlar düşünürlər ki,dünyada bəşəri mövzular var, niyə onlara toxunulumur? Hələ özümüzü düzəldək, sonra dünya ilə məsğul olarıq. Çox fikir bildirmək olar ,ehtiyac yoxdur. Danışmaq bizi məhv etdi. Yaşadığın və sevdiyin cəmiyyət üçün əməl, iş görmək lazımdır”.