"Heç zaman yadımdan çıxmaz: 17-18 yaşım var idi, AzTV-yə xalamın köhnə ətəyini geyinib gəlmişdim. Orada ən pis geyinən qız mən idim. Buna görə o qədər utanırdım".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Söhbət var" proqramında deyib. Aparıcı işə getdiyi ilk günü xatırlayıb:
"Rafiq Hüseynov və Qulu Məhərrəmov bizim diksiyamızı yoxladılar. Orada mənə göz süzdürən çox sayda qız var idi. Allah canlarını saxlasın. Bəlkə də onlar nazlarından belə edirdilər. Hamımız o yaşda belə idik. O qədər pis oldum, düşündüm ki, deyəcəklər, Aytən, çıx get. Yəni mənim kimsəm yox idi və məni heç kim tapşırmamışdı.
Elə insanlar televiziyada var ikən, bu media və televiziya hər zaman ayaq üstə dayanacaq və var olacaq. Sonra dedilər ki, kimin adı çəkilməyibsə çıxıb gedə bilər. Mən isə qalanlar sırasında idim. Elə bil mənə bütün dünyanı vermişdilər".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun