"1993-1994-cü illərdə enli şalvarlarım var idi. Hamısını yığıb, yandırdım".
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Fərda Amin "İncə Səhər" verilişində deyib.
Aktyor müasir geyim tərzlərindən söz salıb:
"İndi hamı "Owersaiz" geyinir. Bilsəm köhnə paltarlarımı saxlayardım (gülür). Bilirsiniz necə şalvarlarım var idi? Metr yarım... Uzaqdan gəlirdim. Elə bil ki, bir şalvar gəlirdi, bir də pencək. Çox balaca idim. Qəribə paltarlar var idi, hamısı da əynimə böyük olurdu. Yığdım yandırdım ki, yeni mərhələ gəlir. Sən demə, yenidən o dövürə qayıdırıq (gülür).
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun