"Mənə sosial şəbəkədə təhqir yazanda pis olmuram, çünki onu 5 qat artıq söyürəm".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Kanal S"ə müsahibəsində deyib.
Pərvin ona sosial şəbəkədə təhqir yazanları söydüyünü söyləyib:
"Mən ailəmi, özümü, anamı, atamı, bacımı və qardaşımı küçədən tapmamışam ki, kimsə durduğu yerdə gəlib mənim əzizimi, yaxınımı söysün, mən də deyim ki, abrımdan utanıram. Məni də söyənin anası otursun yemək bişirsin, bacısı öz işində və söyüş eşitməsinlər. Niyə? O məni incidir, mən də onu incidirəm. Görüm, xoşuna gəlir..."
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun