“Yalı Çapkını”nın Seyranı Afra Saraçoğlu yeni fotolarını sosial media hesabında izləyiciləriylə bölüşüb.
OLAY yazır ki, aktrisa “Marie Claire” dərgisi üçün kamera qarşısına keçib. Onun bu fotoları heyranları tərəfindən çox bəyənilib.
Qeyd edək ki, reklam çəkilişləri ilə də gündəmdə olan aktrisa şampun və geyim firmalarından sonra, bir şokolad markasının da siması olub. Onun reklam çarxı yaxın günlərdə təqdim olunacaq.