“Heç kimin bostanına daş atmamışam”

“Heç kimin bostanına daş atmamışam”

Aparıcı Vüsalə Əlizadə verilişlərin bağlanması haqda danışıb.

OLAY yazır ki, Vüsalə bu barədə “İncə səhər”də açıqlama verib:

“Bizdə böyük-kiçik yeri, etiket qaydaları, hörmət qorunur. Bəlkə, başqa aparıcı başqa yerdə buna diqqət yetirməz. Burada şərtlər var. Mən isə heç kimin bostanına daş atmamışam, kiminsə sənətinə zərər gəlməsinə, şəxsisinə toxunmağa, qalmaqala düşməsinə şərait yaratmamışam. Ona görə də seçilmişlərdənik. Ən gözəl proqramları təqdim etmişik. Biz 3 il gözəl layihələr təqdim etdik. Burada böyük güvən, etibar var. Neçə gəncə dəstək olduq”.