Xəbər verdiyimiz kimi, Azərbaycanda Fəlakət obrazı ilə tanınıb məşhurlaşan aktyor Elşən Orucov Türkiyənin TRT 1 telekanalında yayımlanan "Ben Bu Cihana Sığmazam" serialında rol alacaq.
Milli.Az xəbər verir ki, Kult.az aktyorun özündən bu və ya digər suallara cavab alıb.
Həmin müsahibəni təqdim edirik:
- Elşən bəy, necə oldu ki, Türkiyədə "Mən bu cahana sığmazam" serialının çəkilişinə getdiniz? Özünüz müraciət eləmişdiniz, ya sizi tanıyırdılar deyə dəvət elədilər?
- Ozan abi ilə yaxşı münasibətimiz var. Onun sayəsində də Oqtay Kaynarcanı və rejissor Mustafa Şövqü Doğanı tanıdım.
- Yəni belə çıxır ki, tanışlığa görə çağırdılar?
- Yox. Əvvəllər bir-iki dəfə çəkilişlərə getmişdim, sonra özləri də bəyəndilər, təklif elədilər. Amma Ozan Ağbabanın bu təklifdə rolu danılmazdır.
- Necə düşünürsünüz, bu, sizə nə cür təsir edəcək? Fəlakət obrazından birdən-birə çıxa biləcəksiniz?
- Bu, mənim üçün bir yenilikdir. Özümü burada da sınayıram. Nəticəsi isə sonda müəyyən olacaq, izləyicilər özü qərar verəcək.
- Başqa təkliflər varmı?
- Mən hazırda İstanbuldayam və əlavə olaraq başqa bir serial çəkilişinə hazırlaşıram. Onun haqqında isə əlavə məlumat veriləcək.
- Sirr deyilsə, bəlkə özünüz burada elan edəsiniz?
- Bir müddət sonra TRT-də yayımlanacaq "Çıraq" serialında da rol almışam. Serial təqdim olunana yaxın ətraflı məlumatlar veriləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun