Aparıcı Zümrüd Bədəlovaya canlı yayımda gül buketi və üzük hədiyyəsi göndərilib.
OLAY yazır ki, aparıcı gülləri qəbul etsə də, üzüyü geri qaytaracığını deyib.
“Mən gülü götürəcəm. Gülə yox demərəm. Amma içərisindəki bu hədiyyəni çox xahiş edirəm ki, yerinə göndərərsiniz. Bunu gətirən adam gəlir, canlı efirə qədər çıxır və eşqini elan edir. Onun üçün niyə Sevgililər gününü gözləmək lazımdır ki? Gülləriniz üçün təşəkkür edirəm. Üzünüzü də görsəydik daha xoş olardı”, - deyə, Bədəlova bildirib.
Qeyd edək ki, efirdə qonaq olan Əməkdar artist Könül Kərimovanın “Güya ki, bilmirsən kim gətirib” sualına qarşı, Zümrüd “Vallah bilmirəm. Gül gətirəsi adam yoxdur” cavabını verib.