Çağatay reklam çarxında niyə yoxdur?

Çağatay reklam çarxında niyə yoxdur?

Aktyor Çağatay Ulusoyun "FOX"un, yeni adı ilə "NOW"un reklam çarxında yer almaması diqqət çəkib. 

Milli.Az olay-a istinadən bildirir ki, aktyor müqaviləsində belə bir şərtin olmadığını ortaya qoyaraq çəkilişlərə qatılmayacağını bildirib. Bu barədə türk mətbuatı məlumat yayıb.

Kanal da, serialı çəkən şirkət də Çağatayı reklam çarxı üçün razı sala bilməyib. 

Qeyd edək ki, aktyorun 7 illik fasilədən sonra rol aldığı televiziya serialı "Gaddar" "NOW" TV-də yayımlanır. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun