Efir qadağası qoyulduğu iddia olunan müğənnilərlə bağlı yayılan yeni siyahıda Təranə Qumral və Musa Musayevin də adı qeyd olunub.
Milli.Az xəbər verir ki, bizim.media məsələ ilə bağlı T. Qumralın özü ilə əlaqə saxlayıb. Lakin yeni siyahıdan xəbərdar olmayan ifaçı adının xəbərdə qeyd olunmadığını bildirib:
"Musa müəllimlə mənim adım haradadır? Heç yerdə yoxdur. Orada yazılıb ki, Qumral Təranə və Musanın qızıdır. Narahat olmayın, beşinci gün "Xəzər"dəyik".
Qeyd edək ki, bu gün Manset.az-da paylaşılan siyahıda bir sıra müğənnilərin, o cümlədən Musa Musayevlə Təranə Qumralın adı qeyd edilib. Əvvəlki siyahıda isə Qumralın adı yazılmışdı.
Milli.Az
















