"Nəfəs özünü apara bilmir".
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Aygün Babayeva "Xəbərin var?" verilişində deyib.
Aygün Nəfəs haqqında sirlərin üstünü açıb:
"Məşhurluq həmişə olmur, amma insanlıq olur. İndi bir az tanına bilərsən, bu çox gözəldir. Uğuruna sevinirəm. Yaxşı ki, tanındın. Yadındadır, ilk dəfə mənim paltarımı geyinib, getmişdin? Məni ad günündə görüb, ötəri salam verir. Sizə xoş olar bu? Səni işə düzəltdim mən, ondan sonra qabağa getdin. Restorana düzəltdim, paltarımı da verdim... Nəfəsdən küsmüşəm. Məşhur olmamışdan qabaq gəlib öpüb, qucaqlayırdı. Hörmət etmək lazımdır. Özünüzü yaxşı aparın".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun