Mərhum Xalq artistinin həyat yoldaşı insult keçirdi, vəziyyəti ağırdır - FOTO

Mərhum Xalq artistinin həyat yoldaşı insult keçirdi, vəziyyəti ağırdır - FOTO

Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşının səhhəti ağırlaşıb.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, aktyorun həyat yoldaşı Gülzar Quliyeva insult keçirib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Məsələ ilə bağlı aktyorun həyat yoldaşı ilə əlaqə saxladıq. Gülzar Quliyeva məlumatı təsdiqlədi:

"Bir həftədir vəziyyətim pisdir. Yeriyə bilmirəm, yataqdayam. Bilmirəm necə olacam".
Qeyd edək ki, Arif Quliyev 70 yaşında koronavirusdan dünyasını dəyişib. O, "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun