Mətanətdən sərt sözlər: “Sən mənə necə az pul verib, aşağılayırsan?”

Mətanətdən sərt sözlər: “Sən mənə necə az pul verib, aşağılayırsan?”

"Nə qədər olacaq bu biabırçılıq? Birinci bu oxumağı öyrənin, sonra da..."

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədov deyib.

İfaçı fonoqram ifa edən həmkarlarından gileylənib:

"Biz illərlə nə efirə gəlmişik, nə də toya getmişik. Öyrənmişik. Özünüzü elə yekə-yekə aparırsınız ki..."

Müğənni başına gələn hadisədən də danışıb:

"Günlərin birində məni Göyçaya toya dəvət etdilər. Həmin gün mənim məclisim var idi, həm də qonorar məni qane etmədi deyə, getmədim. Dedim ki, sən fonoqram oxuyana o qədər pul verirsən, mən sənin öz yerlinəm, bu cür də oxuyuram. Sən mənə necə az pul verib, aşağılayırsan?"

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun