Ana olmağa hazırlaşan türkiyəli sktrisa Burcu Biricik hamiləliyi ilə bağlı sualları cavablandırıb.
OLAY yazır ki, Burcu həyat yoldaşının qız atası olacağına görə çox sevindiyini deyib.
“Deyirlər, qız uşağı bir başqa olur. Baxıb görəcəyik. Qız uşaqları atalarına çox bağlı olur deyirlər, Emre də bu fikrə görə çox xoşbəxtdir”, - deyə, o, bildirib.
Qeyd edək ki, Burcu Biricik və Emre Yetkin 2016-cı ildə ailə həyati qurublar.