"Efirlərə çıxmayacağam deyib, tövbə etmişdim. Biri var, sənətçi biri var sənətkar. Amma heç kim sənətkar sözünü demir. Onsuz da bu sözü demirlər. Bu 50 ildə görmədim ki, yaxşı oxuyana yaxşı ifaçısan desinlər. Mən televiziyalardan inciməmişəm, sadəcə iştirak etdiyim bir tədbirdə o qədər məni "dindən, dondan" çıxardılar ki, bundan sonra bütün hər şeyə tövbə etdim".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.
Sənətçi bildirib ki, dost məclislərindən başqa toylara və ziyafətlərə pulsuz getməyəcək:
"Həmkarlarımın toylarına getməyə hər an hazıram. Onlar çıxmaq şərti ilə havayı toylara tövbə etmişəm. Qulağınızı açın, məni yaxşı eşidin. Sən məni öz həyətimizdə oxumağa layiq bilirsən, amma sən toyuna başqa ifaçını çağırıb, rəva bilirsən. Bu necə olur? Mən səni məcbur etməmişəm ki, məni öz məclisinə çağırasan. Mən səndən pul alıram? Belə çıxır ki, səndən pul almalıyam ki, onda yaxşı olum? Baxıb gördüm ki, heç kimə "yox" deyə bilmirəm, insanam da mən... Gördüm ki, bəzi insanlar həddini aşır. Mən insanlara insaniyyət cəhətdən yanaşıram. Sonra dedim ki, bütün günah, Elnarə, sənin özündədir. Günahı heç kimdə axtarma. Olmazlar olacaq....
Havayı toy olmayacaq. Mən bəzənib-düzənib çağırılan bütün toylara, məclislərə gedirdim. Bəzənmək adı gələndə isə elə bil, başıma qaynar su tökülür və orbitimdən çıxıram. Hər gün bəzənib çıxıram, nə ailəmdən, nə uşağımdan xəbərim yox, heç evdə duz qabının yerini belə bilmirəm. Mən sizə hörmət edirəmsə, bu, acizlikdən deyil. Mən sizə hörmətdən hörmət etdim. Amma mən ortaq məxrəcə gəldim ki, heç kimə hörmət etmək olmaz. Bu sözlərin ardından isə sonsuza qədər nida. Çünki insan insan olar. Üzərindən neçə ay keçdi, verilişlərdən zəng gəldi ki, gəlin, qonaq olun. Cavab verdim ki, tövbə etmişəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun