"Babam atamı öldümək üçün adam tutub"

"Babam atamı öldümək üçün adam tutub"

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs ilə oğlu Ahmet Tatlısəs arasında uzun illərdir davam edən gərginlik yenidən gündəmə gəlib. Bu dəfə ailədaxili mübahisəyə sənətçinin nəvəsi Mert Tatlısəs də qoşulub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mert Tatlısəs babası ilə bağlı kəskin ittihamlar səsləndirib. Onun sözlərinə görə, İbrahim Tatlısəs əmlaklarını tez-tez müxtəlif qadınların adına keçirir və sonradan aldadıldığını iddia edir.

Mert Tatlısəs daha ciddi iddialar da irəli sürərək bildirib ki, babası atasını öldürmək üçün killer tutduğunu etiraf edib. O, bu barədə səs yazılarının da əlində olduğunu deyib.

Qeyd edək ki, İbrahim Tatlısəs ilə oğlu Ahmet Tatlısəs arasında münasibətlər uzun müddətdir soyuqdur. Ata və oğul daha əvvəl də mediada bir-birinə qarşı sərt açıqlamalar verib. Son açıqlamaların isə ailədaxili münaqişəni daha da dərinləşdirəcəyi gözlənilir.

Musa
Milli.Az