“O, çoxlarının həyatını korlayıb”

“O, çoxlarının həyatını korlayıb”

Proxor Şalyapin Alla Puqaçova haqqında pərdəarxası intriqalardan danışıb.

OLAY yazır ki, o, Alla Puqaçova ilə bağlı yayılan şayiələri təsdiqləyib. Müğənni bildirib ki, sənətçi bir çox həmkarlarının, o cümlədən onun özünün həyatını çətinləşdirib.

“Bunu uzaqlaşdırın, o birini uzaqlaşdırın, bununla mən eyni səhnədə görünmək istəmirəm. Bu hallar, əlbəttə ki, olub. O, çoxlarının həyatını korlayıb. Hətta mənim də işlərimi korlamağa vaxt tapıb”.

Şalyapin qeyd edib ki, Puqaçova və onun ətrafı Rusiya şou-biznesində lider mövqelərini nəyin bahasına olursa-olsun qoruyub saxlamağa çalışıblar.