Bakı, Təbriz, Ankara, biz hara, farslar hara?!

Bakı, Təbriz, Ankara, biz hara, farslar hara?!

Bakı, Təbriz, Ankara, biz hara, farslar hara?!

Saatlar əvvəl bu sözlərin təsdiqini yaşadıq, Naxçıvanı hədəf alan dron gözümüzün qarşısında sübut kimi dayandı, 4 mülki şəxs yaralandı. Üstəgəl yaxınlığında yerləşən məktəbi də görməzdən gələn bu “din qardaşı” adlı gizli düşmən həyasızca qarşımıza çıxdı.

Biz sizə nə etmişdik? Əsrlər boyu istər açıq, istərsə də üstüörtülü başımıza gələn pisliklərin əksəri sizdən törəyib. Bir millət bölünüb, bir millət ayrı düşüb, ailəsinə, torpağına həsrət qalan neçə azərbaycanlının gözü açıq gedib. Siz də milyonlarla həmvətənimizi əsir saxlayıb, öz qadağalarınızla, öz dillərinə həsrət, adət-ənənələrindən uzaq yaşatmısız. İndi də Arazın bu tayını özünüzə hədəf seçib, guya səhvən aeroportu vurmusuz. Amma sizə olan bağışlama haqqımızı biz çoxdan Arazın lilli suyuna axıtmışıq. İndi də ayrı düşən milləti qarşı-qarşıya qoymaq istəyirsizsə, bacarmazsınız.  Xudafərin azad olunanda o tayda mahnı oxuyub sevinən, öz millətini görüb ağlayan cənubluları, onları qucaqlamaq üçün can atan bizi belə susdura  bilməzsiniz.

Çünki nə qarşınızda əsrlər əvvəl millətini ayırdığınız Azərbaycan var, nə də köməksiz qoyduğunuz Xalq! Artıq atdığınız, atacağınız hər addımda biz yox, məhz siz Arazın sərin sularında qərq olub, bu millətin birliyinə şərait yarada bilərsiniz.

Bu gün 1989-cu ilin soyuq qışında həmrəy olduğumuz kimi birliyə, bütövləşməyə can atmalıyıq. Müqəddəsimiz Azərbaycan, toxunulmazımız millətimiz olmalıdır. O taylı, bu taylı Vətənin övladları bir-birinin səsinə səs verməlidir. Bizi bütün inanclardan öncə biz edən milliyyətimiz, kimliyimizdir. Axı biz güneylilərlə qonşu, ya da dost deyilik, biz bir millətin, bir torpağın övladlarıyıq. Prezident İlham Əliyevin bu gün  Təhlükəsizlik Şurasının iclasında dediyi kimi, “Yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir”.

Necə ki, illər boyu Şuşamızın – Qarabağımızın gözü yolda qalmışdı, əsrlərdir Təbrizimiz də öz övladlarının həsrətindədir.

Bugünkü məqamda biz hər idealogiyadan əvvəl Azərbaycançı olmağın əhəmiyyətini başa düşməliyik. İslamı öz xeyrinə dəyişən molla rejiminin sonradan yaydığı xurafələrə deyil, millətimizə arxayın olmalıyıq. Tikanlı məftillərlə ayrılan soydaşlarınıza qucaq açıb, “ağa”lara layiqi cavabı verməliyik. Çünki bəzilərinizin inanıb, güvənib, o çox ağladığınız “Ağa”nızın nökərləri  bu gün millətimizin qanına əlini batırmaq istədi. Sonu gələn “Molla rejimi” təhsil üçün məktəbə üz tutan körpələrimizi hədəf aldı, dinc əhalini gözünü qırpmadan ölümlə üz-üzə qoydu. Hamımızı yaradan Allahın verdiyi canı almaq, günahsızlara qıymaq hansı kitabda yazılıb? “İslam”ın guya bütün buyurduqlarına əməl edənlər, qadınların saçının telindən narahat olanlar üçün qatil olmaq günah sayılmırmı? Bununla da dindən necə istifadə etdiklərini, hər çirkablarını dinlə örtməyə çalışdıqlarını göstərdilər.

Ona görə keçmişdə də, indi də, gələcəkdə də, bildiyimiz tək şüar budur: Bakı, Təbriz, Ankara, biz hara, farslar hara?!