Müğənni Mehin Hümbətova yeni kover layihəsinə start verib.
OLAY yazır ki, sənətçinin yutubda təqdim etdiyi ilk mahnı Xalq artisti Aygün Kazımovanın ikinci “best of” albomunda yer alacaq “Əcəb yaraşırıq” olub.
Layihə üçün kamera qarşısına keçən Mehin koveri rəsmi yutub kanalında paylaşıb. 2000-lərin hitlərindən olan mahnının sözləri İsmayıl Dadaşov, musiqisi Cavanşir Quliyevə aiddir. Canlı ifalarla lentə alınan proyekt 6 hissədən ibarədir. Daha 5 mahnı isə yaxın həftələrdə təqdim olunacaq.
Qeyd edək ki, layihənin rəhbəri Hacı Nazim Məmmədovdur.


















