Elgiz işsiz günlərindən danışıb AĞLADI - VİDEO

Elgiz işsiz günlərindən danışıb AĞLADI - VİDEO

Tanınmış tele-aparıcı Elgiz Əkbər üç il əvvəl verdiyi müsahibə ilə yenidən sosial şəbəkələrdə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, paylaşılan videoda aparıcı çətin günlərindən danışarkən emosiyalarına hakim ola bilməyib. O, bir müddət işsiz qaldığı dövrü xatırlayaraq həmin günlərin onun üçün necə keçdiyini danışıb.

Aparıcı başına gələn hadisələri yada salarkən qəhərlənib və göz yaşlarını saxlaya bilməyib. Elgizin səmimi etirafları izləyicilərin diqqətini çəkib.

Sosial şəbəkələrdə sürətlə yayılan görüntülər müxtəlif reaksiyalara səbəb olub. Bir çox istifadəçi teleaparıcıya dəstək mesajları yazaraq ona uğurlar arzulayıb.

Musa
Milli.Az