"Öz aramızda" verilişinin canlı yayımı zamanı maraqlı an yaşanıb.
Milli.Az xəbər verir ki, proqramın qonağı olan Xalq artisti Simarə İmanovaə efirə qoşulan tamaşaçı tərəfindən diqqətçəkən kompliment edilib.
Tamaşaçı zəngi studiyada xoş əhval-ruhiyyə yaradaraq hər kəsin üzündə təbəssümə səbəb olub.
Zəng edən izləyici 51 yaşlı xanəndənin illər keçsə də gözəlliyini qoruyub saxladığını bildirib. O, qeyd edib ki, Simarə İmanova 30 il əvvəl necə gözəl idisə, bu gün də eyni cazibəyə malikdir.
Sözügedən anlar studiyada səmimi atmosfer yaradıb və sosial şəbəkələrdə də maraqla qarşılanıb.
Musa
Milli.Az
















