"Başı olmayan jurnalist başlıq qoyur".
Milli.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Nofəl Şahlaroğlu "Bax da" layihəsində deyib.
Siyavuş Aslan bu roluna görə tənqid olundu - VİDEO
"Damla musiqi sənətində hansı məqamdadırsa, meyxana da oradadır" - VİDEO
Aktyor bu dəfə bəzi jurnalistləri tənqid edib:
"Əməkdar artislərdən birindən müsahibə alıblar. Belə bir cümlə işlədib: "Sənət elə vəziyyətdədir ki, adam az qala dilənçilik etsin". Başlığa baxın: "Əməkdar artist dilənir".
Sənsən dilənçi, o deyil. Belə adamlara ancaq "zurnalist" demək olar. "Jurnalist" adı onlara yaraşmır.
Siz nəyə xidmət edirsiniz? Hansı jurnalistikadan danışırsınız? Sizin jurnalist etikasından xəbəriniz yoxdur. Mətbuat Şurasının qayda-qanunları bir dəfə açıb oxumusunuz? Ümumiyyətlə, belə qaydaların olduğundan xəbəriniz var?!"
Aktyor reytinq üçün məlumatları təhrif edən jurnalistlərə qəzəblənib:
"Sən reytinq xətrinə müsahibə aldığın adamın adi bir cümləsini niyə qabardırsan? Üstəlik təhrif edirsən. Vallah, bu iş deyil. Özünüzə iş tap. Bu peşənin tarixi qədimdir. Siz Azərbaycan KİV-ni qorumursuz, ona xidmət etmirsiz. Siz başqa işlə məşğulsunuz".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun