"Mən jurnalistikanı bitirməmişəm. Haçansa görsəm ki, hansısa məndən savadlı teleaparıcı mənim nitqimdə, danışıq tərzimdə səhv tutur, mənə deyir, mən ona qulaq asaram".
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri teleaparıcı, prodüser Tarix Əliyev (Tolik) "Tarixin bir günü" verilişində deyib.
O, bəzi aparıcıları sərt şəkildə tənqid edib:
"Mən görsəm ki, bir aparıcı "iki eşşəyin arpasını bölə bilmirsə" və yaxud da İranda yaşayan azərbaycanlıları "iranlı" deyirsə, o mənə irad bildirə bilməz"
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun