Xalq artisti Miri Yusif reperlikdən uzaqlaşmasından danışıb.
OLAY yazır ki, “Zarafat Bir Yana” verilişində qonaq olarkən, tamaşaçılardan biri sənətçiyə “Toylarda müğənnilərə daha çox üstünlük verilir deyə reperlikdən uzaqlaşdınız” sualını verib.
“O vaxt “Dəyirman” qrupunda məşğul olduğum bu üslubdan mən indi istifadə etmirəm. Bu normal bir şeydir. Qulaq asdığınız bəzi mahnılarda rep haykırtım var. Görərsiniz ki, 1 həftədən sonra yeni klipim çıxdı, sırf rok üslubundadır. “Məktub”, “Dostum” kimi mahnılar şanson üslubudur. Demək olmaz ki, “Miri, sən reper idin, indi müğənni oldun”. Elə deyil. Mənim gəlirim toylardan deyil. Bu, böyük, canlı solo konsertdəndir. Ən böyük gəlir oradan gəlir”, - deyə, Xalq artisti cavab verib.