Ölkəmizin ən yaraşıqlı kişi modeli sayılan Rüstəm Cəbrayılov Rusiya istehsalı olan serialda rol alıb.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, Rüstəm "Domaşniy ТV" telekanalında yayımlanan "Abrikosovaya qoreç" (Ərik acısı) ekran işinə çəkilib.
Cəbrayılov sözügedən serialda Camal adlı həkim-terapevt baş rolunu canlandırıb.
Serial fevralın 19-da Rusiya vaxtı ilə saat 20:00-da yayımlanacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun