Xoşqədəm nazirliyə müraciət etdi

Xoşqədəm nazirliyə müraciət etdi

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı nazirliklərdən birinə müraciət edib.

OLAY yazır ki, aparıcı “Səni axtarıram” proqramında nazirliyin dəstəyi ilə çəkilən filmdə ondan icazə alınmadan verilişindən görüntülər istifadə edildiyini, müəllif hüquqlarına görə pul ödənilməsini tələb edib.

“Bu yaxınlarda eşitdim ki, bir dənə film çəkilib və mənim verilişimin icazəsiz görüntüləri, hətta mənim də icazəsiz görüntülərim orada yayımlanıb. Ümumiyyətlə, qanuna hörmət etmək mədəniyyətdir. Bu, birinci növbədə mədəniyyətdir, ikinci növbədə, müəlliflik hüququ var “Səni axtarıram”da. Sən nə edirsən? Hansısa nazirliyin dəstəyi ilə. Daha yaxşı, nazirliyimizin büdcəsində çox pul var. Bir az da mənim haqq və hüququma ödəyər nazirlik və başa da salar. Bundan sonra bilərlər ki, kimə pulu ödəmək lazımdır”, - deyə, o, bildirib.