"Uzun müddətdir Ərdəmlə mənim "Yeni ulduz"dakı çıxışımızı hər yer paylaşır. İnsanlar həmin görüntü, musiqi üçün darıxıblar. "Gün gəlir" mahnısının müəllifi mənəm, yenidən oxuyacağam. Aranjiman edirik. Bir çox müğənnilər icazəsiz onu oxumaq istəyirlər".
Milli.Az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Elvin Abdullayev deyib. Sənətçi trenddə olan mahnıların ifaçılarını müdafiə edib:
"Yutubda saxta baxışlar bütün dünyada var. Olub, olacaq da. Bacarana can qurban. Əcəb edib süni trend yaradırlar. Onlar yutubda süni baxış toplayıb, trendə düşürlər. Verilişlər də buna aldanıb onları hər gün efirə çağırırlar. Beləcə, onlar da istədiklərinə nail olurlar. Sonrada aparıcılar başlayır "süni trend, saxta baxış" deyib, tənqid edirlər. Həm tənqid edirsiniz, həm də verilişinizi onlarla doldurursunuz".
Elvin bildirib ki, onu baxış sayı yox, işin keyfiyyəti maraqlandırır. İfaçı konsertə hazırlaşdığını da söyləyib:
"Amma mənim üçün əsas işin keyfiyyətlisini etməkdir. Gündə bir mahnı çıxır, yarım saat sonra trenddədir. İndiki cavan gənclər daha çox akustik, sıradan mahnılara üstünlük verir. Daha mahnını göndər Türkiyəyə, orda canlı musiqi alətləri ifası ilə aranjiman etdir maraqlı deyil. Amma mən həmin kütlənin arxasınca getmərəm.
İstəyirəm ki, bu il konsert verim. Hər gün bunun planını qururam. Düşünürəm, musiqiçilər necə geyinsin, nələr olsun. İlk konsertim elə olmalıdır ki, səs salmağı bacarsın".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun