Xatirə efirdə dediyi söz anasının xoşuna gəlmədi - VİDEO

Xatirə efirdə dediyi söz anasının xoşuna gəlmədi - VİDEO

Müğənni Xatirə İslamin efirdə səsləndirdiyi sözlər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Milli.Az xəbər verir ki, o, qatıldığı televiziya proqramlarından birində "Anam məni öpmür" ifadəsini işlədib. Bu sözlər isə onun anasının diqqətindən yayınmayıb və narazılığına səbəb olub.

Xatirə İslam sonradan sosial şəbəkədə paylaşdığı videoda anasının bu sözlərə münasibətini açıqlayıb. Müğənninin sözlərinə görə, anası ona zarafatla "Səni öpməyə gəlmişəm. İnstaqramdakı dostlarına de ki, bizim bölgədə belə öpüşmək adəti yoxdur. Ana sevgisi dua ilə, kömək və qayğı ilə göstərilər" deyə müraciət edib.

Sənətçi isə anasına cavab olaraq, "Ana öz balasını öpməz? Mən oğluma tez-tez 'anan sənə qurban' deyirəm. Sən niyə demirsən?" sözlərini söylədiyini bildirib.

Ana və qız arasında baş tutan bu maraqlı dialoq sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib və müxtəlif rəylərə səbəb olub.

Musa
Milli.Az