Castin Biber həyat yoldaşı Heyli Biber ilə suşi günündən sonra paparatsiyaya su şüşəsi atıb.
OLAY yazır ki, 32 yaşlı “Yukon” ifaçısı və 29 yaşlı model cümə gecəsi Kaliforniyanın Vest-Holivud bölgəsindəki məşhur "Sushi Park'' restoranında nahar ediblər. Castinin paparatsiya tərəfindən çəkilmək istəmədiyi açıq-aydın görünüb.
Mavi kapşonlu Castin Heylinin arxasınca park yerinə daxil olanda üzünü qoluyla gizlədib. Flaşlar işığı yanıb-sönərkən cütlük onları gözləyən maşına minib.
Daha sonra Castin avtomobilin üzərindən yarı boş plastik su şüşəsini paparatsiyaya su şişəsi atıb.






















