Daha bir ölkə "Avroviziya" təmsilçisinin adını açıqladı - FOTOlar

Daha bir ölkə "Avroviziya" təmsilçisinin adını açıqladı - FOTOlar

Daha bir ölkə "Avroviziya 2024" yarışmasına göndərəcəyi təmsilçinin adını açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Danimarka ölkəsini SABA adlı ifaçının təmsil edəcəyini bildirib.

SABA "Dansk Melodi Grand Prix 2024"də qalib gəlib və "Avroviziya"ya qatılma şansı qazanıb. Müğənni beynəlxalq yarışmada "Sand" mahnısını oxuyacaq. 

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun