Edis və Adem Kılıççının narkotik testinin nəticələri bəlli oldu

Edis və Adem Kılıççının narkotik testinin nəticələri bəlli oldu

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan müğənni Edis Görgülü və keçmiş milli idmançı Adem Kılıççının narkotik testi nəticələri müsbət çıxıb.

Milli.Az xəbər verir ki, Məhkəmə Tibbi Ekspertiza Qurumu tərəfindən aparılan araşdırmalar nəticəsində hazırlanan hesabatda hər iki şəxsin testində qadağan olunmuş maddə qalıqlarının aşkarlandığı bildirilib.

Edis Görgülünün narkotik testində kokain, Adem Kılıççının narkotik testində isə marixuana aşkar edilib.

Lalə Qüdrətova
Milli.Az