Bakıda türkiyəli müğənni Hüsamettin Tarkan Tevetoğlunun (Tarkan) konserti başlayıb.
Milli.Az APA-ya istinadən bildirir ki, "Baku Crystal Hall"da baş tutan konsertə maraq böyük olub.
Müğənni səhnədə ilk olaraq "Yolla" mahnısını ifa edib.
Xatırladaq ki, türkiyəli meqastar ayrı-ayrı vaxtlarda Bakıda solo konsertlə çıxış edib. Meqastar 2004-cü ildə Tofiq Bəhramov adına Respublika Stadionunda, 2008-ci ildə "Yaşlı Teatr"da, 2017-ci ildə Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində sevənlərinin qarşısına çıxıb.
Milli.Az