"Bəzi aparıcılar verilişlərinə gələn qonağa o qədər yalaqlıq, yaltaqlıq edirlər ki, insanın "əti tökülür".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Elgiz Əkbər aparıcısı olduğu "Elgiz izlə" ictimai-sosial verilişində deyib.
Elgiz qonağını hədsiz şəkildə tərifləyən həmkarlarını "yaltaq" adlandırıraq, onları sərt şəkildə tənqid edib.
"Qonağa xoş söz demək olar, onu gözəl qarşılayıb və gözəl şəkildə təqdim etmək olar. Amma hər şeyin də bir həddi var. Bəzi aparıcılar bunu o qədər yaltaq və yalaq formasında edirlər ki... Kənardan çox pis görsənir. Şəxsən mən bunları görən kimi kanalı dəyişirəm. Çünki bu kimi şeylər mənim heç xoşuma gəlmir".
E.Əkbər bəzi xanım aparıcılarını paxıl adlandırıb:
"Mənə söyləyiblər ki, bir xanım aparıcı var ki, verilişinə özündən gözəl qonaq gələndə başlayır onu "iynəməyə". Başlayır onu acılamağa ki, sən niyə məndən gözəlsən. Bunları da eşitmişəm (gülür).
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun