“Özümü çox pis hiss edirəm”: Cavidan Novruz - FOTO

“Özümü çox pis hiss edirəm”: Cavidan Novruz - FOTO

 "Ata, səni xəstəxanaya özüm apardım. Çox sakit bir kəlmə dedi: "İşindən-gücündən niyə qalırsan ki? Sən ora gəlmə".

Ötən ilin bu günü, bu saatlarda səninlə canlı son görüşümüz oldu". 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzovun aktyor oğlu Cavidan Novruzov sosial şəbəkə hesabında paylaşıb.

"Ata, səni xəstəxanaya özüm apardım. Çox sakit bir kəlmə dedi ki, "İşindən-gücündən niyə qalırsan ki? Sən ora gəlmə". Yenə də məhəl qoymadım, apardım və çox halsız idin, mənə çıxanda bir kəlmə dedin ki, "Hər şey əla olacaq", göz vurdu. Amma həmin gün heç nə əla olmadı və bir neçə saatdan sonra xəbər gələcək ki, sən artıq komadasan və mən isə çox əlacsız vəziyyətdə olacağam. Ata, sənin üçün anormalcasına darıxıram. Özümü hazırda çox pis hiss edirəm. Çox üzgünəm". 

Qeyd edək ki, Ramiz Novruz uzun sürən mədə xərçəngindən ötən il fevralın 21-də  67 yaşında dünyasını dəyişib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun