Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin meqastarı Tarkan Təvətoğlu Bakıda konsert proqramı ilə çıxış edəcək.
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, "Baku Crystal Hall" səhnəsində çıxış edəcək sənətçi konsert öncəsi "sound check" (səs yoxlaması) edib.
"Sound check" bitəndən sonra tamaşaçıları hissə-hissə zala buraxıblar. Bu anda Tarkan sevənlər səs-küylə zala daxil olaraq, səhnənin önünə qaçıblar. Müğənnini yaxından görmək üçün onların əksəriyyəti fan zonaya axın ediblər.
Qeyd edək ki, Tarkan bir neçə saatdan sonra səhnəyə çıxaraq 6 illik həsrətə son qoyacaq. Belə ki, meqastar Bakıda sonuncu dəfə 2017-ci ildə Formula 1 Azərbaycan Qran Prisinin ilk günündə konsertlə çıxış etmişdir.
Milli.Az