Ağamirzə mərhum meyxanaçıdan danışdı: "Həkimlərdən çox xahiş etdim" - VİDEO

Ağamirzə mərhum meyxanaçıdan danışdı: "Həkimlərdən çox xahiş etdim" - VİDEO

"Bir pis xəbər gəldi. Dedilər ki, qəzaya düşüb. Mən ömrümdə heç vaxt maşını elə sürməmişdim. Özümü xəstəxanaya çatdırdım. Həkimlərdən çox xahiş etdim ki, bir dəqiqəlik Bayramın yanına girim. Getdim gördüm uzanıb. Heç danışmırdı. Bu bir dəqiqə ərzində ona baxdım. Sağ əlinin bir barmağını tərpədirdi. O da deyəsən sınmışdı".

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu sözləri həmkarı Bayram Kürdəxanlının vəfatından danışan Ağamirzə Məmmədov deyib.

"Yollar bizi ayırmasın" verilişinə açıqlama verən Ağamirzə meyxanaçının yanından çıxdıqdan bir saat sonra onun dünyasını dəyişdiyini bildirib: 

"Çox ürək ağrısı ilə oradan çıxdım. Heç kimin əlindən heç nə gəlmirdi. Bir saat sonra Bayram rəhmətə getdi".

Xatırladaq ki, Bayram Kürdəxanılını 2017-ci ildə avtomobil vuraraq öldürüb. Belə ki, toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbə ərazisində yolu keçərkən, Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avtomobil onu vurub.

Nəticədə meyxanaçı ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun