“Rıza baba” xəstəxanaya yerləşdirildi

“Rıza baba” xəstəxanaya yerləşdirildi

Türkiyənin məşhur və uzunömürlü seriallarından biri olan "Arka Sokaklar"da "Rıza Baba" obrazı ilə tanınan tanınmış aktyor Zafer Ergin xəstəxanaya yerləşdirilib.

Milli.Az-ın məlumatına görə, aktyor damarında laxtalanma şübhəsi səbəbilə səhhətində yaranan narahatlıqdan sonra tibb müəssisəsinə aparılıb. Həkimlər tərəfindən dərhal müayinədən keçirilən sənətçi nəzarət altına alınıb və ona lazımi tibbi yardım göstərilib.

Aparılan ilkin yoxlamaların nəticələrinə əsasən, aktyorun ümumi sağlamlıq vəziyyətinin stabil olduğu bildirilir. Hazırda müalicəsinin davam etdiyi və həkimlərin nəzarəti altında saxlanıldığı qeyd olunub.

Uzun illərdir "Rıza Baba" obrazı ilə tamaşaçıların rəğbətini qazanan Zafer Erginin səhhəti ilə bağlı yeniliklərin diqqətlə izlənildiyi də vurğulanıb.

Hüseyn
Milli.Az