Plastik cərrah Bred Pittin gənc qalma sirrini açıqladı

Plastik cərrah Bred Pittin gənc qalma sirrini açıqladı

Plastik cərrah Terri Dubrou hesab edir ki, Bred Pitt gənc görünüşünə görə əsasən təbiətə borcludur.

OLAY yazır ki, onun fikrincə, aktyorun qadınsayağı üz cizgiləri var və məhz buna görə 62 yaşında olsa da, yaşını göstərmir.

Bəzi fərziyyələrə görə Pitt 2023-cü ildə üzgərmə əməliyyatı etdirib. Lakin mütəxəssisin fikrincə, əsas rol genetik və təbii görünüş xüsusiyyətlərinə aiddir.

Dubrou deyir: “Niyə Bred Pitt 60 yaşında, üzü qırışsız və sallanmadan normal görünür, amma başqa bir kişi 60–65 yaşında belə görünəndə qəribə təsir bağışlayır? Çünki Bred Pittin görünüşü feminin gözəlliyə əsaslanır. Əgər ona ''Legends of the Fall'' filmində baxsanız, o, filmdəki bir çox qadından daha cazibədar görünür”.

Onun sözlərinə görə, əgər kişi qadınsayağı üz cizgilərinə malik deyilsə, amma bu tip plastik əməliyyat etdirirsə, nəticə çox qəribə görünə bilər.

Qeyd edək ki, Ancelina Colinin keçmiş həyat yoldaşı olan Pitt heç vaxt plastik əməliyyat etdirdiyini rəsmi şəkildə təsdiqləməyib. Bu barədə şayiələr onun ''Wimbledon Championships'' turnirində 2023-cü ilin iyulunda görünməsindən sonra yayılmış və 2024-cü ilin sentyabrında ''Venice Film Festival''ı zamanı Ines de Ramon ilə birlikdə görünəndə daha da güclənmişdi.