Xalq artisti: "Ona fikir vermirəm, XƏSTƏDİR" - FOTO

Xalq artisti: "Ona fikir vermirəm, XƏSTƏDİR" - FOTO

Azərbaycanın Xalq artisti Cavan Zeynallı onun haqqında səsləndirilən tənqidi fikirlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, Qaynarinfo-ya açıqlama verən sənətkar müğənni Kəmalə Günəşlinin dediklərini ciddi qəbul etmədiyini deyib. O, səhhətinin yaxşı olduğunu və hələ də özünü güclü hiss etdiyini vurğulayıb.

"Mən nə qədər yaşlı olsam da, min cavana dəyərəm. Yaşın nə fərqi var? Gənclikdə necə idimsə, indi də eləyəm. Səhhətim yaxşıdır, səsimi qoruyuram və özümə diqqət edirəm", - deyə Xalq artisti bildirib.

Cavan Zeynallı bəzi toy müğənnilərinin televiziya efirlərinə çıxışına məhdudiyyət qoyulması ilə bağlı qərarı da dəstəklədiyini qeyd edib. Onun sözlərinə görə, efirlər daha çox peşəkar sənətkarlar üçün olmalıdır.

"Eşitdim ki, toy müğənnilərinin efirlərə çıxışına qadağa qoyulub. Bu qərarı alqışlayıram. Onlar sənətkar deyil, müxtəlif yollarla efirə çıxırlar. Televiziya sənət üçündür və tamaşaçı həmişə həqiqi sənətkarı sevir", - deyə o əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl Kəmalə Günəşli çıxışlarının birində gənc nəslin Cavan Zeynallını tanımadığını iddia etmiş və onun efirdə köhnə lent yazıları ilə çıxış etdiyini söyləmişdi.

Milli.Az