"Adətən doğum günümdə olmayan şeylər üçün arzular tutardım. İndi isə həyatımda olanların daim mənimlə qalmasını arzuladım. Sən demə, mən dünyanın ən zəngin insanıymışam, bəzən fərqinə varmırdım bəlkə də".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Aydan Axundzadə sosial şəbəkədə yazıb. Ad günü olan sənətçi arzularını bu sözlərlə bölüşüb:
"Açılan hər səhərim, yediyim hər nemət, gördüyüm işıq və rənglər, eşitdiyim xoş səslər, məni yorulmadan aparan ayaqlar, sevdiyim və varlığıyla ayaqda durduğum insanlar, məni tonusda saxlayan işim və qəlbimə qəribə şəkildə sığışan kainat boyda sevgi ilə inanılmaz güclü və varlıymışam.
Təki hər kəs istəklərinə qovuşsun. Təki hər kəs sağlam və tox olsun. Yaradan hər birinizin qəlbini sonsuz nuruyla işıqlandırsın ki, gözəlliklərin və xoşbəxtliyin xırda amillərdə olduğunu görə biləsiniz. Həyat çox qısadır. Ömür çox kövrəkdir. İnsanlar bəzən çox xaindir. Sınmayın, küsməyin, qınamayın. Hər kəs hər gün sizin bilmədiyiniz, görmədiyiniz mübarizənin baş qəhərmanıdır. Sizə, ruhunuza yaxın insanları bağrınıza basın və yolunuza davam edin".
Qeyd edək ki, Aydan aktyor İbrahim Çingizlə ailəlidir. Cütlüyün bir övladı var.
Milli.Az