Avroviziya təmsilçimiz başqa iştirakçı imiş?

Avroviziya təmsilçimiz başqa iştirakçı imiş?

Avroviziya təmsilçimizin əvvəlcə Jiva (Cəmilə Həşimova) yox, başqa xanım müğənni seçildiyi iddia olunub.

OLAY yazır ki, bu barədə MARİ adı ifaçı paylaşım edib. O bildirib ki, əvvəlcə təmsilçi kimi özü seçilib, lakin şərtlər uyğun gəlməyib:

“Nurlana xanımı linçləmək lazım deyil... O MARİ-ni seçmişdi!

O, çox savaşdı! Amma “şərtlər” və “münasibət” MARI-ni “yox” deməyə və geri çəkilməyə məcbur etdi! Uğurlar, Azərbaycan!

Bu il səni təmsil etmək üçün çox savaşdım. Sonda öz əlimlə səni başqasına verdim, qismət”.