“40 gün qəbiristanlıqda qaldım”

“40 gün qəbiristanlıqda qaldım”

Müğənni Abdul Xalid televiziya proqramında səmimi etirafları ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi "Rəngarəng" verilişində qonaq olarkən həyatının ən ağır dövrlərindən birindən - anasının xəstəliyi və vəfatından sonra yaşadığı çətinliklərdən danışıb.

İfaçı bildirib ki, anasının itkisi ilə hələ də barışa bilməyib. Onun sözlərinə görə, anası dünyasını dəyişəndən sonra uzun müddət böyük psixoloji sarsıntı yaşayıb:

"Anamın ölümünü qəbul edə bilmədim. O vəfat edəndən sonra 40 gün qəbiristanlıqda qaldım. Hətta anamın xəstə olduğunu biləndə toylara da getmədim. Hər kəs dərdini fərqli yaşayır, mənim hiss etdiklərim isə içimdən gələn bir duyğudur".

Abdul Xalid qeyd edib ki, anasına çox bağlı olub və bu itkidən sonra insanlara bağlanmaqdan çəkinir. Onun sözlərinə görə, bu acı təcrübə onu emosional baxımdan çox sarsıdıb.

Müğənni əlavə edib ki, anasının son anlarında ona "Ana, haradasan?" deyə səslənib və bu sualın cavabını hələ də tapmağa çalışır. Bəzən yuxularında anası ilə danışdığını söyləyən sənətçi bunun onu çox yorğunu və kədərli etdiyini vurğulayıb.

Sonda Abdul Xalid hər kəsi valideynlərin, xüsusilə də anaların qədrini sağlığında bilməyə çağırıb.

Musa
Milli.Az