Türkiyəli məşhur müğənni Serdar Ortaçın keçmiş həyat yoldaşı Xloe Luqnan uzun müddətdən sonra səssizliyini pozaraq açıqlama verib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xloe sənətçinin onun haqqında səsləndirdiyi "Cibimə girən hər qəpik keçmiş həyat yoldaşıma gedir" sözlərinə sərt reaksiya göstərib. O, bildirib ki, bu ifadələrdən sonra keçmiş həyat yoldaşına olan hörməti qalmayıb.
Luqnan qeyd edib ki, evli olduqları dövrdə Ortaç ona tamamilə fərqli münasibət göstərib:
"Evliliyimiz zamanı mənə 'canım, hər şeyim' deyirdi. Boşandıqdan sonra isə 'üzünü şeytan görsün' kimi ifadələr işlədir".
Xatırladaq ki, Serdar Ortaç və Xloe Luqnanın nikahı bir müddət əvvəl qalmaqallı şəkildə başa çatıb. Müğənni daha əvvəl verdiyi açıqlamalarda keçmiş həyat yoldaşına böyük məbləğdə təzminat və aliment ödədiyini bildirmişdi.
Hüseyn
Milli.Az

















