Əməkdar artist Lalə Məmmədovanın növbəti paylaşımı maraq doğurub.
OLAY yazır ki, müğənni sosial media hesabında videosunu paylaşıb və “Qartallar susanda tutuquşular danışır” şərhini yazıb.
Ötən həftə Əməkdar artist Nüşabə Ələsgərlinin Məmmədova haqda dediklərindən sonra sənətçinin sözügedən şərhi diqqət çəkib. Belə ki, Nüşabə “Gül kimi” şouda Lalənin estetik əməliyyatları haqqında “Yaxşıdır, amma o deyil” demişdi.